Vüsal Səfərli
PR və Kommunikasiya üzrə menecer
Vüsal Səfərli Topçubaşov Mərkəzində İctimaiyyətlə Əlaqələr və Kommunikasiya meneceri vəzifəsində çalışır. Kommunikasiya sahəsində 10 ildən artıq təcrübəyə malik olan Vüsalın fəaliyyəti yumşaq güc, təbliğat və strateji təsir, xüsusilə narrativlərin ictimai rəyin formalaşmasına, siyasi davranışa və beynəlxalq qavrayışlara təsiri üzərində cəmlənir. Onun maraq dairəsinə dezinformasiya, medianın təsiri, eləcə də kommunikasiyanın insanların inanc və münasibətlərinin formalaşmasındakı rolu daxildir.
Vüsal Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, Azərbaycan Dillər Universitetinin isə Beynəlxalq Münasibətlər və Diplomatiya ixtisası (fərqlənmə) üzrə magistratura məzunudur.